Atamın nigahdan kənar əlaqəsindən dünyaya gələn bir oğlan var. Atamın digər rəsmi uşaqları bizik. Onun də miras payı varmı, yoxsa qanunsuz doğulduğundan miras ala bilməz?
Sayt administrasiyası
20.12.2024
cavabın tarixi: 20.12.2024
Nigahdankənar da olsa, əgər bioloji atalıq sübut olunarsa, həmin uşaq qanuni mirasçıdır. Qanun nikahdan kənar doğulmağı əsas gətirərək uşaq hüququnu məhdudlaşdırmır. Məhkəmə atalıq tanıyarsa, o da sizinlə eyni qaydada miras payı alacaq. ‘Qeyri-rəsmi münasibətdən’ doğulma miras hüququnu istisna etmir.
Əvvəlki evliliyindən boşanan atam ikinci dəfə evləndi və orada daha bir övladı oldu. Atamın mülkiyyəti bəzi qohumlarımız tərəfindən yalnız birinci nikahdan olan bizə çatmalı kimi təqdim edilir. Bu, doğru mudur?
Nənəm mənə bir ev hədiyyə etmək istəyir. Amma atam və bibim var, onlar ‘gələcəkdə bizim payımız kəsilər’ deyə narazıdır. Buna etiraz hansı əsasla ola bilər?
Qadın daha öncə biri ilə qeyri-rəsmi yaşayırdı, sonra başqa biriylə rəsmi nigaha girdi. Birinci şəxslə mal varlığı vardı. O, vəfat edəndə qadın oradan pay tələb edə bilərmi?
Qohumlar deyir ki, dini ənənəyə görə oğlan daha çox miras almalıdır. Biz hüquqi baxımdan bunun necə olduğunu öyrənmək istəyirik. Qanunda belə fərq varmı?
Atamın ikinci arvadı var, övladları yox. Atam rəhmətə getsə, bu qadın mülkə sahiblənəcəkmi, yoxsa bizə keçir? Onu qınayanlar deyir ki, onun heç nəyi düşmür.