Atamın ölümündən sonra mən hələ vərəsəlik şəhadətnaməsini almamışam, amma ev satmaq istəyirəm. Bunu bazarda elə-belə satmaq mümkündürmü?
Sayt administrasiyası
28.10.2024
cavabın tarixi: 28.10.2024
Xeyr, mülkiyyət hüququ rəsmi şəkildə sizin adınıza keçməyib. Satış üçün əvvəlcə notariusdan vərəsəlik şəhadətnaməsi əldə etməli, sonra daşınmaz əmlak reyestrində öz adınıza qeyd etməlisiniz. Əks halda, alqı-satqı müqaviləsini notarius təsdiqləməz. Rəsmi sənəd olmadan satma cəhdi etibarsız sayılar.
Bir qəzada həm kişi, həm də həyat yoldaşı birgə vəfat etmişdir. Onların birgə mülkiyyəti var idi, amma kimin əvvəl öldüyü bilinmir. Bu halda miras necə bölüşdürülür, öncə hansı tərəfin varislərinə keçməlidir?
Qadın daha öncə biri ilə qeyri-rəsmi yaşayırdı, sonra başqa biriylə rəsmi nigaha girdi. Birinci şəxslə mal varlığı vardı. O, vəfat edəndə qadın oradan pay tələb edə bilərmi?
Mənim babam ağır xəstədir. Eşitmişəm ki, ölüm yaxınlaşırsa, iki şahidli şifahi vəsiyyət etmək mümkündür. Bu necə reallaşır və sonra sənədləşməsi necə olur?
Atamın nigahdan kənar əlaqəsindən dünyaya gələn bir oğlan var. Atamın digər rəsmi uşaqları bizik. Onun də miras payı varmı, yoxsa qanunsuz doğulduğundan miras ala bilməz?