cavabın tarixi: 19.11.2024
Uşaq, atalıq rəsmən təsdiqlənməyibsə, qanuni şəkildə atasının varisi sayılmır. Buna görə də məhkəməyə atalıq müəyyənləşdirilməsi ilə bağlı iddia qaldırılmalıdır. Məhkəmə DNT və digər sübutlarla atalıq faktını təsdiqləyərsə, uşaq qanuni mirasçı kimi pay alacaq. Aksi halda, atasının kimliyi rəsmən təsdiqlənmədən miras hüququndan istifadə edə bilməyəcək.