cavabın tarixi: 02.12.2024
Əgər ev atanın adına rəsmiləşib və rəsmi mülkiyyətçi atadırsa, miras qaydasında o, varislərə bölünür. Siz mülkiyyət payı olduğunu iddia edirsinizsə, məhkəmədə iştirak payınızı sübut edə bilərsiniz. Sübut edilsə ki, evin dəyərinin müəyyən hissəsini siz təmin etmisiniz, məhkəmə qərarıyla həmin hissə sizə məxsus tanına bilər. Yəni mirasdan kənar, öz mülkiyyət payınızı ayrıca geri alırsınız.