Bacım evlənən zaman başqa soyad götürdü. İndi atam vəfat etdi, miras olacaq. Onun soyadı dəyişməsi miras payını almaqda problem yaradırmı?
Sayt administrasiyası
27.10.2024
cavabın tarixi: 27.10.2024
Soyad dəyişməsi miras hüququnu məhdudlaşdırmır. Həmin şəxs atanın qızı kimi qanuni mirasçıdır. Sadəcə şəxsiyyəti təsdiqləmək üçün doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi kimi sənədlərdən istifadə edir. Başqa soyad daşıması vərəsəlik hüququnu əlindən almır və ya payını azaltmır.
Mənə ata-anam ev bağışlayıb. Mən də onu həyat yoldağımın adına keçirmək istəyirəm. Amma sonra hansısa miras məsələ ortaya çıxanda bu proses əngəl yaratmır?
Mən mirası almaq istəmirəm, çünki borcum var və qorxuram ki, məndən bu əmlakı alıb borcuma tutsunlar. Mirasdan imtina etməklə borclularımdan əmlakı qorumuş olurammı?
Qardaşım vəfat etdi və biz onun əmlakını miras alacağıq. Amma onun bəzi banklara kredit borcu qaldığını öyrəndik. Bu borcları mirasçı olaraq biz ödəməliyikmi, yoxsa ondan imtina edə bilərik?
Mənim atam bir müddət əvvəl rəhmətə getdi və onun mülkiyyəti var idi. Ailə üzvləri kimi biz – anam, bacılarım və qardaşlarım – bu mülkə hansı paylarla sahib olacağımızı dəqiq bilmirik. Atamın əmlakının paylanması zamanı kimə nə qədər pay düşür, hansı qaydada hesablanır və əgər razı qalmasaq, hansı hüquqi addımlar ata bilərik?