cavabın tarixi: 22.12.2024
Məhkəmə təsdiq etdiyi sülh sazişi icra sənədi qüvvəsinə malikdir. Tərəf razılığı pozursa, birbaşa icra məmurlarına müraciət edərək icra başlatmaq olar. Yəni yenidən iddia qaldırmağa ehtiyac yoxdur, çünki sülh sazişi məhkəmə qərarına bərabər tutulur. Qətnamə kimi icra edilir. Tərəf icra etməsə, icra şöbəsi əmlakına həbs qoyub icbari yerinə yetirilməni təmin edir.