cavabın tarixi: 06.01.2025
Məhkəmə, uşağın maraqlarını əsas tutur. Tibb-psixoloji rəylər, uşağın yaşı, ana-ataya münasibət, maddi və mənəvi şərait qiymətləndirilir. Kiçik yaşlı uşaqlar, adətən, ananın himayəsində qalır, amma atanın daha münasib şərait yaratdığı sübuta yetirilsə, atada qalması da mümkündür. Həmçinin uşağın fikirləri müəyyən yaşdan sonra diqqətə alınır.