cavabın tarixi: 08.01.2025
Bəli, icra mərhələsində də tərəflər mediasiya vasitəsilə kompromisə gələ bilərlər. Məsələn, ödəmə planı, qismən borc güzəşti və ya başqa ödəniş üsulları barəsində razılıq əldə oluna bilər. Beləliklə, icra prosesi sürətlənir, məcburi hərrac və s. kimi əlavə addımlara ehtiyac qalmır. Tərəflərin razılığı əsasında razılaşma sənədi tərtib olunaraq icra dosyesinə əlavə edilir.