cavabın tarixi: 14.11.2024
Kommersiya mübahisələrində mediasiya sürətli və konfidsial həll üsulu kimi səmərəli olur. Bir-birinin sirrlərini ictimaiyyətə açıqlamadan razılaşma əldə edilir, ortaqlar şirkəti qoruyaraq işi davam etdirə bilərlər. Məhkəmədə hər iki tərəf ciddi vaxt və vəsait sərf edir. Mediasiya ilə isə problem daha qısa zamanda, sərfəli şərtlərlə həll olunur və iş münasibətləri qorunub saxlanır.