cavabın tarixi: 18.01.2025
Mülki Məcəllənin və istehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyinin ümumi normaları tətbiq edilir. Şifahi razılaşma da mülki müqavilə hesab oluna bilər. Siz ustaya ödəniş etdiyinizi şahid ifadələri, bank köçürməsi və ya mesajlaşma yolu ilə sübut edə bilərsiniz. Usta işini görməyibsə və ya yarımçıq qoyubsa, ya pulu geri qaytarmalı, ya da işi tamamlamalıdır. Məhkəməyə müraciət edə, dəyən zərərin ödənilməsini tələb edə bilərsiniz.