cavabın tarixi: 01.01.2025
Rəsmi dövlətin ‘qara siyahı’ adlı siyahısı yoxdur, ancaq kredit büroları gecikmə tarixçənizi qeyd edir, mənfi reytinqiniz yaranır. Banklar daxili sistemlərində şübhəli borcalanları saxlayır. Bu, qanunvericiliyə zidd deyil, amma ‘qara siyahı’ daha çox sektoral jargon adlandırmadır. Yəni müştərinin kredit etibarlılığını aşağı göstərə bilər, lakin rəsmi qərar deyil. Başqa banklar da bu reytinqə baxıb kredit verməyə bilər.