cavabın tarixi: 25.12.2024
Mülki Məcəlləyə görə, əgər müqavilə hədə-qorxu, saxtakarlıq, zor tətbiqi və ya iradə azadlığını zədələyən digər hallarla imzalanıbsa, məhkəmə qaydasında etibarsız elan edilə bilər. Əlbəttə, bu faktları sübut etmək lazımdır. Bankın sadəcə sərt şərt təklif etməsi yetərli deyil; real təzyiq və qanun pozuntusu göstərmək vacibdir. Məhkəmə bu cür halları araşdırıb qərar verir, etibarsız sayılarsa, müqavilə əvvəldən bağlanmamış kimi hüquqi nəticə doğurmaz.