cavabın tarixi: 21.11.2024
İnzibati orqanın fəaliyyətsizliyi, müvafiq qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirməməsi, müvafiq qərar çıxarmaması və ya zəruri tədbir görməməsidir. Bu, hüquqlarınızın pozulmasına səbəb olursa, həmin orqanın fəaliyyətsizliyi ilə bağlı məhkəməyə iddia qaldıra bilərsiniz. Məhkəmə bu hərəkətsizliyin qanunsuz olduğunu təsdiqləyərsə, orqanın qərar çıxarması və ya konkret tədbir görməsi üçün qərar verə bilər.