cavabın tarixi: 20.11.2024
Əgər müəllifin ölümündən 70 il keçibsə, əsər ictimai mülkiyyətə düşüb, yəni müəllif hüququ qorunmur. Bu halda musiqidən açıq istifadə edə bilərsiniz. Ancaq icraçı hüquqları (orkestr ifası, konkret ifa) ayrıca qoruna bilər. Yəni orijinal notları götürüb yenidən ifa etdiyiniz musiqi icazəyə ehtiyac duymur, amma hazır səs yazısı başqasına aid ola bilər. Ona görə ifaçı hüquqlarına diqqət edin.