cavabın tarixi: 18.11.2024
Azərbaycan qanunvericiliyinə əsasən, müəllif hüquqları müəllifin ömrü + ölümündən sonra 70 il müddətində davam edir. Bu zaman hüquq mirasçılara keçir və onlar əsərin istifadəsindən qonorarı alırlar. 70 il bitdikdə əsər ‘ictimai mülkiyyətə’ keçir və hər kəs pulsuz istifadə edə bilər. Miras paylanmasında həmin müəlliflik hüquqları da malvarlığı elementi kimi nəzərə alınır.