Deyirlər, əsgərlik 18 aydır, bəzən 12 ay da ola bilər. Bu müddət ərzində məzuniyyət nə qədər düşür, bu hüquq harada yazılıb? Məsələn, toya getmək istəsəm, verilirmi?
Sayt administrasiyası
29.12.2024
cavabın tarixi: 29.12.2024
Çağırışla xidmət 12 ay və ya 18 ay ola bilər (təhsilə, ixtisasa, bəzi hallara görə). Hərbi Nizamnamələrə görə əsgərlərin adi məzuniyyəti yoxdur. Lakin xüsusi hallarda (ailə üzvünün vəfatı, öz evliliyi və s.) qısa müddətli məzuniyyət verilə bilər. Müddəti komandanlıq müəyyənləşdirir. Kontraktlı hərbi qulluqçuların isə qanunda illik məzuniyyət hüququ var. Çağırışla gedən sıravi əsgərdə bu məhduddur.
Mən artıq xidməti bitirib ehtiyata buraxılmışam, ancaq zabit kimi qeydiyyatdayam. Söhbət gəzir ki, çağırış ola bilər. Bunu qanun necə tənzimləyir, məni məcburi şəkildə yenidən orduya çağıra bilərlərmi?
Ali təhsil alıram və eyni zamanda məni hərbi xidmətdən çağırış gözləyir. Maraqlanmaq istəyirəm, qanunvericiliyə əsasən təhsil müddətində möhlət hüququm varmı? Yəni orduda xidməti təxirə sala bilərəmmi, yoxsa mütləq getməliyəm? Bu işi necə həll edə bilərəm ki, həm təhsilimi bitirim, həm də qanunla problem yaşamayım?
Mən tibbi təhsilli qadınam, hərbi tibb müəssisəsində çalışmağı düşünürəm. Orduda həkim və ya feldşer olaraq işləyə bilərəmmi, könüllü giriş proseduru necədir?
Döyüşlərdə iştirak etmişəm, amma hələ veterançılıq vəsiqəsi yoxdur. Proses hansı qurum vasitəsilə həyata keçirilir və hansı sənədləri təqdim etmək gərəkir?
Deyək ki, mövcud halda səfərbərlik elan olunur. Mən isə hal-hazırda xaricdə yaşayıram, amma Azərbaycan vətəndaşıyam. Hərbi mükəlləfiyyətim var. Bu halda hansı addımları atmalıyam? Öz ölkəmə qayıtmaq vacibdirmi?
Qadın kimi zabit rütbəsinə sahibəm. Maraqlıdır, qanunda qadın zabitlə kişi zabit arasında hüquqi status baxımından fərqlər varmı? Sosial təminat və ya məzuniyyət eynidirmi?