cavabın tarixi: 14.01.2025
Azərbaycan Respublikasının Hərbi Nizamnamələri əsgərlərin əmri icra etmə məcburiyyəti prinsipini təsbit edir. Lakin əmr açıq-aşkar qanunsuzdursa və insan hüquqlarını kobud pozursa, onun icra edilməsindən imtina edə bilərsiniz. Əsgərin şəxsi ləyaqətini alçaltmaq, qanundan kənar tapşırıqlar vermək qanunsuzdur. Hər hansı təzyiq və ya qanunsuz göstərişlə rastlaşdıqda, yuxarı komandanlığa, Hərbi Prokurorluğa müraciət hüququnuz var.