cavabın tarixi: 02.01.2025
Azərbaycan Respublikasının gömrük ərazisi ölkənin quru ərazisi, daxili sular, həmçinin ərazi suları və hava məkanını əhatə edir. Azad zonalar və xüsusi iqtisadi zonalar da hüquqi baxımdan ölkə gömrük ərazisinə daxildir, lakin orada xüsusi rejim tətbiq edilə bilər. Bu o deməkdir ki, orada gömrük prosedurları başqa formalarda həyata keçirilir. Amma ümumi məna etibarilə bütün coğrafi ərazi gömrük məkanına düşür.