Bina altındakı qarajın kimin mülkiyyətində olduğu necə müəyyənləşir? - Vakillar-az.com
  • Ana səhifə
  • Suallar
  • Bina altındakı qarajın kimin mülkiyyətində olduğu necə müəyyənləşir?

Bina altındakı qarajın kimin mülkiyyətində olduğu necə müəyyənləşir?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
3

23.12.2024

Çoxmərtəbəli binada yeraltı qaraj sahəsi var. Biri deyir ki, podratçının mülkiyyətindədir, digəri deyir ümumi sahədir. Rəsmi hansı sənədə baxmalıyam?

Sayt administrasiyası 26.12.2024
cavabın tarixi: 26.12.2024

Qaraj sahəsi binanın ilkin proyekti və istismar aktında necə göstərilirsə, ona uyğun müəyyənləşir. Əgər tikinti şirkəti o sahəni özəlləşdirib ayrı mülkiyyət kimi satıbsa, onun kupçası ola bilər. Yoxsa ümumi istifadə üçün nəzərdə tutulmuş bina infrastrukturunun bir hissəsidirsə, bu, bütün sakinlərin ortaq mülkiyyəti sayılır. Mütləq Çıxarış (reyestr) qeydlərinə baxılmalıdır. Komendantın dedikləri kifayət deyil, rəsmi sənədlərə əsaslanmaq lazımdır.

Похожие вопросы

Köhnə yataqxana mənzilinə çıxarış necə almaq olar?

cavab yoxdur
24.10.2024
Uzun illərdir yataqxanada qalıram. Məndə yalnız daxili order var, amma rəsmən çıxarış yoxdur. Bu binanın köhnə statusu səbəbindən əmlak sənədləri mürəkkəbdir. Mən həmin yeri rəsmi özəlləşdirmək üçün hansı addımları atmalıyam?
0
0
2

Mənzil aldigin şirkəti məhkəməyə vermək

1 cavab
08.05.2025
Şirkət adigimiz mənzilin kv 81.6, dövlət reyestr xidmətinin cixarişinda göstərilən kv 65,6 gösterilir.arasindaki fərq 16 kv pulunu geri almaq olarmi,əgər geri almaq olarsa mənzilin kv əvvəlki kv 750 man məbləği ilə yoxsa hal hazırda ki, kv 1200 man qiyməti ilə hesablanmalıdır.tikinti materialların qiymetinde de ferq çoxdur , evvel nə isə alib temir etmək olurdusa,indi mümkün deyil. Və 2 .sualım. həmin şirkətin müqavilədə göstərdiyi mənzilin nömrəsi 317 , reystir xidmətinin verdiyi cixarişda mənzilin nömrəsi 12 gösterilir,bu nə dərəcədə doğrudur, mənim verdiyim suallara görə şirkəti məhkəməyə vermək olarmı, xahiş edirəm bir aydınlıq gətirirdiniz.Teşəkkurlər.
Читать далее
0
0
26
Hamısını göstər