Misal üçün, 5 min manatlıq alım var. Bunu açıq tenderlə etmək böyük prosesdir. Qanun deyir ki, müəyyən aşağı hədlərə qədər sadələşdirilmiş üsul tətbiq edilir. Bu necə işləyir?
Sayt administrasiyası
12.12.2024
cavabın tarixi: 12.12.2024
Satınalma qanunvericiliyi müəyyən dəyər həddinə qədər təklif toplama və ya kotirovka sorğusu kimi sadələşdirilmiş üsullara icazə verir. Bu üsulda daha sürətli və administrasiyası az prosesdir. Lakin yenə də ən azı üç potensial təchizatçıdan yazılı qiymət təklifi alınmalıdır. Qaydalar çərçivəsində kiçik məbləğli alımlarda açıq tender elan etməyə ehtiyac olmur. Həmin limitlər müvafiq qərarlarla təsdiqlənir.
Bəzi dövlət satınalma qurumlarında “etika komissiyası” anlayışı var. Bu komissiya hansı hallarda məsələyə müdaxilə edir, korrupsiya şübhəsi olanda nələr edirlər?
Tender proseslərində korrupsiya riskləri (saxta müsabiqə, favoritizm, qohum şirkətlərə üstünlük və s.) ola bilər. Qanun buna qarşı hansı tədbirləri nəzərdə tutur, iştirakçılar hara müraciət edə bilər?
Bəzən portalda iştirak üçün şirkətin vergi borcu olmadığına dair arayış tələb edirlər. Bu, qanuni tələbdirmi, yoxsa komissiyanın daxili qaydası? Vergi borcu varsa tenderə qoşula bilmirəm?