cavabın tarixi: 06.12.2024
Azərbaycan qanunvericiliyində sələmçiliyə və fahiş faiz dərəcəsinə qarşı birbaşa məhdudiyyət olmasa da, məhkəmələr ‘vicdanilik və ədalət prinsipləri’ əsasında çox yüksək faizi azalda bilər. Xüsusən də borc verənin zəif mövqedəki tərəfə qarşı sui-istifadə etməsi sübut olunarsa, məhkəmə ədalətli dərəcəyə endirə bilər. Ancaq belə hallarda hakimin ixtiyarıdır, konkret hallara və sübutlara əsaslanır.