cavabın tarixi: 06.11.2024
Bəli, qanun yazılı müqavilənin notariusda təsdiqlənməsini mütləq tələb etmir. A4 kağızında imzalar varsa, tarix, borcun məbləği və digər şərtlər aydın şəkildə ifadə olunubsa, məhkəmədə dəlil kimi qəbul edilir. Təbii ki, imzanın həqiqiliyi mübahisə edilə bilər, bu zaman məhkəmə ekspertiza təyin edə bilər. Həmçinin, müqavilədə şahid imzalarının olması əlavə sübut gücü yarada bilər.