cavabın tarixi: 17.11.2024
Qida emalı müəssisəsi açmaq üçün Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçməli, binaların sanitar-epidemioloji tələblərə cavab verdiyini təsdiqləyən akt almalısınız. İşçilərin tibbi müayinədən keçməsi, istehsal sahəsinin təmizlənmə və dezinfeksiya planları, avadanlığın uyğunluğu şərtdir. Əks təqdirdə yoxlama nəticəsində cərimə və bağlanma riski var. Eyni zamanda brendin qeydiyyatı, etiketləmə də qanunauyğun aparılmalıdır.