cavabın tarixi: 11.11.2024
Ata vəfat etdikdə aliment öhdəliyi faktiki bitmiş sayılır, çünki borclunun şəxsiyyəti ilə bağlıdır. Lakin atanın ölümündən əvvəlki borc qalmışsa, o borc mirasdan tələb edilə bilər. Gələcək aliment üçün yox, amma yığılıb qalan məbləğ üçün ata varislərinin məsuliyyəti ola bilər. Uşaq da varisdir, öz vərəsəlik payını tələb edə bilər və ya atanın Sosial Müdafiə vasitələrindən istifadə edərək pensiya ala bilər.