cavabın tarixi: 16.11.2024
Ailə Məcəlləsinə əsasən 10 yaşına çatmış uşağın övladlığa götürülməsi üçün mütləq öz razılığı alınmalıdır. Uşağın məlumatlı şəkildə razı olması şərtdir. Məhkəmə prosesi zamanı azyaşlı soruşulur. Razı olmazsa, məhkəmə övladlığa götürmə qərarı verməyə bilər. Uşağın soyad dəyişməsi də bu prosedurun tərkib hissəsidir.